Ötən il Britaniyada ölüm halı rekord həddə çatıb

  • By ilhame
  • 22 Sentyabr 2023 20:31

Ötən il Britaniyada isti hava səbəbindən 4 min 507 nəfər ölüb.

Gununsesi.info xəbər verir ki, bu barədə Böyük Britaniyanın Milli Statistika İdarəsində (ONS) məlumat verilib .

Belə ki, Britaniyada 1988-2022-ci illərdə temperaturla bağlı ölüm və xəstəxanaya yerləşdirmə riskinin təhlili dərc edilib.

Təhlillərə görə, istidən ölənlərin sayı 32 il ərzində iki dəfədən çox artıb: “Ölkədə termometrlərin 40 dərəcəni keçdiyini göstərən 2022-ci ilin ən isti günlərində istilərdən 4 min 507 nəfər ölüb”.

Məlumatda qeyd olunub ki, ən yüksək ölüm riski Londondadır və bu göstərici rekord həddir.

 

Gununsesi.info