Ötən il iqtisadiyyata yönəldilən kapitalın həcmi 7 faiz azalıb

  • By admin
  • 17 Yanvar 2017 15:00

statistika1

2016-cı ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün  yönəldilən sərmayələrin həcmi14.9 milyard manat təşkil edib.

Gununsesi.info Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, həmin vəsaiti 72,7 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 40,5 faizini təşkil edib.

Qeyd edək ki, 2015-ci illə müqayisədə bütün mənbələrdən yönəldilən investisiyaların həcmi 16 milyard manat olub. Bir il ərzində ölkəyə yatırılan investisiyaların həcmi 7 faizə yaxın azalıb.

Vüsalə Rüstəmova

Gununsesi.info