Ötən il PA- ya daxil müraciətlərin 60 faizi ərizələrdən, 39 faizi şikayətlərdən ibarət olub

  • By admin
  • 28 Mart 2022 14:37

Ötən il Prezident Administrasiyasına daxil olan müraciətlərin məzmunu açıqlanıb.

Gununsesi.info-nun xəbərinə görə, 2021-ci ildə Prezident Administrasiyasına daxil olan müraciətlərin 60 faizi ərizələrdən, 39 faizi şikayətlərdən və təkliflərdən ibarət olub.

Müraciətlər əsasən sosial müdafiə, İkinci Qarabağ müharibəsi və onun nəticələri, hüquq-mühafizə orqanlarının, məhkəmələrin fəaliyyəti, əfv məsələləri, səhiyyə xidmətləri, torpaq məsələləri və işğaldan azad edilmiş ərazilərlə bağlı olub.

Bu müraciətlərə operativ baxılaraq müvafiq kömək göstərildiyinə görə dövlətimizin başçısı İlham Əliyevin ünvanına həmin dövrdə 30 minə yaxın minnətdarlıq məktubu daxil olub.