
Haqqında danışacağımız pəhrizlər ən yaxşı halda sadəcə, faydasız, ən pis halda isə sağlamlığınıza və ən başlıcası isə həyatınıza təhlükə yarada bilər. Bu pəhrizlər 2016-ci ildə çox populyar idilər, lakin mütəxəsislər bu qənaətə gəliblər ki, sözügedən dietalardan nə qədər uzaq gəzsəniz bir o qədər sağlamlığınız üçün yaxşıdır.
Limon detoksu
Dietoloq Ed Zimni detoks adlanan limonlu- bibərli qondarma içkidən uzaq durmağı tövsiyə edir. Belə “limonadlı pəhriz” zamanı 10 gün ancaq su və limon şirəsindən istifadə olunur. Nəticədə sağlamlıqda yaranan problemləri aylarla aradan qaldırmaq üçün çalışmaq lazım gəlir.
Aylı pəhriz
Aylı pəhriz zamanı yeni ay çıxdığı zaman bədəndən su və yağları çıxarmaq üçün ac qalmaq lazımdır. Ay pəhrizində hər gün xüsusi ərzaqlarla qidalanmaq lazımdır. Mütəxəsislər hesab edir ki, bu dieta özündə elmi əsaslandırılmış sübutları əks etdirmir.
Uşaq qidaları ilə pəhriz
Daha bir qidalanma rejimini həkimlər qəbul etmir. Doğrudur, uşaq qidalarına süni rəngvericilər, konservantlar və kimyəvi qatqılar əldə edilmir. Lakin konservləşdirilmiş uşaq yeməkləri böyüklər üçün nəzərdə tutulmayıb. Çox istifadəsi sağlığınızda fəsadlar yarada bilər.
Tərəvəz şorbası ilə pəhriz
Bir həftə ərzində yararlılıq vaxtı keçmiş aşağı kalorili tərəvəz şorbası yemək, ərzində, aşağı kalori nəticəsində çəkidə azalmalar yaradır. Lakin nəticədə maddələr mübadiləsində yavaşıma sürətlənir. Beləliklə, orqanizmdə həyat üçün vacib olan zulallar və yağ turşularının çatışmazlığı yarana bilər. Kələm şorbasıyla gündəlik qidalanmaqdansa, tərəvəzləri yağsız ət və ya balıqla, habelə bütün növ taxıl məhsulları ilə birləşdirmək daha səmərəli effekt verər.
Şirə pəhrizi
Ən pis dieta siyahısında şirə pəhrizi də xüsusi yer tutur. Qidaya yalnız təzə sıxılmış meyvə və tərəvəz şirələri daxildir. Mütəxəssislər hesab edir ki, bu dieta zamanı həyat üçün zəruri maddələr bədəndən xaric olur. Bu pəhrizdən həmən sonra atılan kilolar isə artıqlamasıyla geri qayıdır. Bundan əlavə, şirə pəhrizi dişlər üçün də zərərlidir.
Gülnaz Qənbərli
Gununsesi.info