Ötən ay 100 nəfər dərmandan zəhərləndi

  • By admin
  • 02 Avqust 2022 12:14

“Ümumilikdə, ötən ay ərzində158 nəfər müxtəlif diaqnozlarla qəbul olunub. İyul ayı ərzində 100 nəfər dərmandan zəhərlənib. Dərmanlardan zəhərlənənlərin 4-ü uşaqdır”.

Bunu Publika.az-a açıqlamasında Bakı şəhər 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş oksikoloq Azər Maqsudov deyib.

Ölkənin baş toksikoloqu bildirib ki, iyulda 23 nəfər sirkə turşusundan zəhərlənib:

“Sirkə turşusundan zəhərlənənlərdən 3 nəfəri dünyasını dəyişib. Ötən ay17 nəfəri ilan sancıb. 7 nəfər allergik reaksiya ilə qəbul olunub, müalicə alıblar. 1 nəfər anaflaktik şokla müraciət edib. 4 nəfər isə qidadan zəhərlənib”.

Gununsesi.info