Ötən gün nəşi tapılan hərbçimiz döyüşə belə yollanmışdı - VİDEO

  • By admin
  • 14 Oktyabr 2021 10:37

Ötən gün Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsinin şəhidi Əliyev İlqar İxtiyar oğlunun nəşinin tapılması barədə məlumat vermişdik.

Publika.az xəbər verir ki, sosial şəbəkələrdə İlqar İxtiyaroğlunun döyüşə yollanmazdan əvvəl çəkilmiş görüntüləri yayılıb.

Qeyd edək ki, İlqar Ağdərə istiqamətində gedən döyüşlərdə keçən il oktyabrın 6-da şəhid olub və itkin düşmüş hesab edilib. Onun axtarışlarına qoşulan qardaşı Bəxtiyar minaya düşüb və 1 ayağını itirib.

1994-cü ildə Goranboy rayonunun Goranlı kəndində doğulan İlqar İxtiyaroğlu bu gün dəfn ediləcək.

 

Gununsesi.info