Ötən il 5 nəfər xarici kəşfiyyata casusluq edib - RƏSMİ

  • By admin
  • 03 Fevral 2022 13:29

Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xid­mət orqanları ilə əlaqədə şübhəli bilinən 5 nəfər, məxfi əməkdaşlığa cəlb olunmuş 1 nəfər müəyyən edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) 2021-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində qeyd olunub.

Bildirilib ki, 2021-ci il ərzində 3 ton 57 kiloqram 111 qram narkotik vasitənin, 131 milyon 52 min 393 manat dəyərində qaçaqmalın dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb, 15 ton 408 kq narkotik xassəli bitki məhv edib.

Gununsesi.info