Ötən il Azərbaycanda 34 milyon tondan çox neft hasil olunub

  • By admin
  • 18 Yanvar 2021 20:43
2020-ci ildə Azərbaycanda 34,5 milyon ton xam neft hasil edilib.

Gununsesi.infobu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) hesabatına istinadən məlumat verir.

Hesabata əsasən, ötən il ölkədə neft hasilatında azalma müşahidə olunub:

“Hasilatın azalması əsasən, OPEC+ sazişi çərçivəsində razılaşdırılan könüllü məhdudiyyətlərlə əlaqədardır. Ötən il şirkət tərəfindəmn 56 minə yaxın qazma işləri keçirilib. Şirkət özü və ya layihənin əsas iştirakçısı qismində 7,4 milyon ton neft hasil edib”.

Ötən il SOCAR 17,9 milyon ton xam neft ixrac edib.

Qeyd edək ki, 2019-cu ildə SOCAR-ın neft hasilatı 7,7 milyon ton təşkil etmişdi.

Gununsesi.info