Ötən il məhkəmə hakimiyyətinə nə qədər vəsait ayrılıb?

  • By admin
  • 16 May 2020 15:13

2019-cu ildə müdafiə, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq bölmələri üzrə xərclər açıqlanıb.

Gununsesi.org-un xəbərinə görə, Maliyyə Nazirliyinin açıqlamasında qeyd edilib ki, dövlət əsaslı vəsait qoyuluşu xərclərindən və dövlət büdcəsinin ehtiyat fondundan ayrılmış vəsaitlər də (187,6 milyon manat) nəzərə alınmaqla 2019-cu ildə müdafiə xərclərinə dövlət büdcəsi xərclərinin 13,7 faizi həcmində və ya 3 354,2 milyon manat vəsait yönəldilib. Bu da 2018-ci illə müqayisədə 20,7 milyon manat və ya 0,6 faiz çoxdur.

Dövlət əsaslı vəsait qoyuluşu xərclərindən ayrılmış vəsait də (155,7 milyon manat) nəzərə alınmaqla, 2019-cu ildə məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq bölməsi üzrə xərclərə dövlət büdcəsi xərclərinin 6,8 faizi həcmində (2018-ci illə müqayisədə 0,4 faiz-bənd çox) və ya 1 660,8 milyon manat vəsait yönəldilib ki, bu da 2018-ci illə müqayisədə 208,2 milyon manat və ya 14,3 faiz çoxdur.

Gununsesi.org