Gununsesi.info xəbər verir ki, bunu Bakı şəhər prokuroru, III dərəcəli dövlət ədliyyə müşaviri İlqar Abbasov deyib.

Onun sözlərinə görə, şəhərin prokurorluq və daxili işlər orqanları tərəfindən istintaq edilmiş işlərin təhlili göstərir ki, prokurorluğun icraatında olan 873 işdən 460-ı, daxili işlər orqanlarının istintaq qurumlarının icraatında olan 11 943 cinayət işindən 4 393-nün istintaqı tamamlanıb: “Onlardan polis orqanları tərəfindən 3 358, prokurorluq orqanları tərəfindən 137 iş baxılması üçün müvafiq məhkəmələrə göndərilib. Hesabat dövründə prokurorluq və daxili işlər orqanları tərəfindən prokurorluq orqanlarında istintaq edilmiş cinayət işləri üzrə fiziki və hüquqi şəxslərə vurulmuş ümumilikdə 20.672.432 manat məbləğində maddi ziyanın 18.724.325 manatı və ya 90,6%-nin istintaq zamanı ödənilməsi təmin edilib”.