Ötən il Naxçıvanda doğum və ölüm hallarının statistikası açıqlanıb - RƏSMİ RƏQƏMLƏR

  • By admin
  • 20 Yanvar 2018 08:50

Keçən il Naxçıvan Muxtar Respublikasında 5 min 715 uşaq doğulub, 1963 ölüm hadisəsi qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası (MR) Səhiyyə Nazirliyində keçirilən kollegiya iclasında Naxçıvan MR səhiyyə naziri Niyazi Novruzov bildirib.

N. Novruzov deyib ki, 2017-ci ildə Naxçıvanda təbii artım 3752 nəfər, doğum göstəricisi 12,6, ölüm göstəricisi 4,3, 1 yaşa qədər uşaq ölümü 8 nəfər olmaqla, 1,4 promilli təşkil edib.

Gununsesi.info