Ötən sutka ərzində yoluxma sayı 829 minə yaxınlaşdı

  • By admin
  • 03 Yanvar 2022 09:19

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 829 min nəfərə yaxın olub.

Gununsesi.info pandemiyanın onlayn statistikasını aparan “worldometers.info” saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 828 min 925 nəfər yeni koronavirusa yoluxub, 3 min 75 nəfər isə pandemiyanın qurbanı olub. Bununla da yoluxanların ümumi sayı 290 milyon 594 min 899, ölənlər isə 5 milyon 460 min 345 nəfərə çatıb.

Ötən sutka ərzində virusa ən çox yoluxma halı (185 min 122 nəfər) ABŞ-da və bu xəstəlikdən ölüm faktı (811 nəfər) isə Rusiyada qeydə alınıb.

Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (56,1 milyon), Hindistan (34,9 milyon), Braziliya (22,2 milyon), Böyük Britaniya (13,2 milyon), Rusiya (10,5 milyon), Fransada (10,2 milyon) və Türkiyə (9,5 milyon) qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra – martın 11-də isə koronavirusu pandemiya elan edib.

Gununsesi.info