
Nərimanov rayonu ərazisində kirayədə yaşadığı mənzildə otaq yoldaşına xəsarət yetirən şəxs tutulub.
Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, avqustun 13-də saat 4.00 radələrində Nərimanov rayonu ərazisində kirayədə yaşayan Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Ramin Hacıyev münaqişə zəminində otaq yoldaşı, Gəncə şəhər sakini Orxan Mustafayevə küt alətlə çoxsaylı xəsarət yetirib.
Əlahiddə Çevik Polis Alayı və Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Hacıyev tutulub. Onun Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.
Anar
Gununsesi.info