Somalinin paytaxtı Moqadişuda terrorçularının “Dayah” otelinə hücumu nəticəsində 12 nəfər həlak olub, 25 nəfər isə yaralanıb.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, terrorçular otelin qarşısında bomba quraşdırılan avtomobili partlatdıqdan sonra otelə hücum edərək, ətrafa atəş açmağa başlayıblar.
Somali polis mayoru Məhəmməd Hüseyni bildirib ki, terrorçu qrup üzvləri səhərin erkən saatlarında “Dayah” otelinə partlayıcı və odlu silahlarla qəfil hücum təşkil ediblər. Oteli ələ keçirən terrorçular binada aralarında millət vəkilləri olmaq üzrə onlarla insan girov saxlayırlar.
Qeyd edəkki, terror aktına görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib. Lakin hücumun “Əş-Şıbab” terror qruplaşması tərəfindən törədildiyi ehtimal olunur.
Anar
Gununsesi.info