Gəncə şəhərindəki otellərdən birində bir qadının çantasından qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, mayın 19-da Gəncə şəhəri ərazisindəki otellərdən birində Bakı şəhər sakini olan bir qadının çantasından 1000 manat dəyərində qızıl əşyalar oğurlanıb.
Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən orada xadiməçi işləyən Gəncə şəhər sakini Sevinc Quliyeva saxlanılıb.
Anar
Gununsesi.info