ABŞ-ın Massaçusets ştatında yaşayan təqaüdçü qadın tətilə getdiyi lüks oteldə çox nadir xəstəliyə tutularaq dəhşətli şəkildə dünyasını dəyişib.
Gununsesi.info xəbər verir ki, 71 yaşında dünyasını dəyişən qadının qaldığı “Mountain View Grand Resort & Spa” otelində hovuzdakı sudan xəstələyə yoluxduğu təxmin edilir. Qadının əri Henri xanımı Barbara Kruşvitsin çox nadir rast gəlinən xəstəliyə yoluxduğunu və oteldə qaldıqdan az sonra dünyasını dəyişdiyini söyləyib.
Eyni oteldə qalan başqa bir müştərinin su sistemlərinə yoluxduğu güman edilən xəstəlik səbəbindən xəstəxanaya yerləşdirildiyi qeyd edilib.
Bildirilib ki, Kruşvits pnevmoniyaya bənzər xəstəliyə tutulub və bu xəstəliyə qarşı mübarizəni itirib.
ABŞ Səhiyyə və İnsan Xidmətləri Departamenti hadisə ilə bağlı araşdırma başlatarkən, otelin cakuzisində bakteriya izlərinin tapıldığını açıqlayıb.
İnsanlara su damcıları ilə keçən legioner xəstəliyinin simptomları infeksiyadan 2-14 gün sonra görünə bilər. Yüksək hərarət, öskürək, təngnəfəslik, əzələ ağrısı və baş ağrısı kimi əlamətləri olan xəstəliyin pnevmoniyaya çevrilmə ehtimalı yüksəkdir.
Otel rəhbərliyi ölən qadının ölüm səbəbinin legioner xəstəliyi olduğunun o vaxt məlum olmadığını izah edib və hovuzun istifadəyə açıq olmasını da bununla əlaqələndirib.
Gununsesi.info