Ov qaydalarını pozanlar həbs oluna bilərmi? – Nazirlik rəsmisi AÇIQLADI

  • By admin
  • 30 Mart 2021 18:46

“Ovçuluq fəaliyyəti ovçuluq təssərrüfatında və ya ov üçün ayrılmış yerlərdə, ov üçün müəyyən edilmiş günlərdə həyata keçirilə bilər. Şəhərlərin yaxınlığında, xüsusi mühafizə olunan təbiət ərazilərində – xüsusən qoruq və Milli Parklara 5 km-lik ərazilərdə, Xəzər dənizinin adalarında ov qadağan edilir”.

Gununsesi.info xəbər verir ki, bunu Ekologiya və Təbii Nazirliyi tərəfindən keçirilən “Ekspert saatı” canlı yayımında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Bəhruz Məhəmmədov bildirib.

HTML tutorial

Onun sözlərinə görə, qaydaları pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar, Cinayət və Mülki Xətalar Məcəllələri ilə məsuliyyət daşıyırlar. İXM-nin 272.3 maddəsinə əsasən, ov qaydalarını pozan şəxslər 1000 manatdan 2000 manata qədər cərimə edilir, eyni zamanda 6 aydan – 2 ilə qədər ov hüququndan məhrum edilə bilərlər:

“Təbiətə dəymiş ziyanın miqdarı böyüdükdə, yəni 1000 manatdan yuxarı olduqda, bu, cinayət məsuliyyəti yaradır. Bundan əlavə, mülki qaydada iddia qaldırılır və mülki məsuliyyət müyyən olunur”.

 

Gununsesi.info