Ov tüfənglərini polisə könüllü təhvil verdilər

  • By admin
  • 26 Sentyabr 2017 12:57

tufeng_silah-odlu_49
Nardaran, Ağdam və Cəlilabad sakinləri müvafiq sənədləri olmayan ov silahlarını könüllü şəkildə təhvil veriblər.  

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, aparılan profilaktiki tədbirlər nəticəsində Nardaran qəsəbə sakini Bəhruz Məmmədov və Ağdam rayonunun Çəmənli kənd sakini Telman Sarıyev müvafiq sənədləri olmayan “TOZ-16” markalı tüfənglərini, Cəlilabad rayonunun Xanagah kənd sakini Cavad Ramazanov isə nömrəsi silinmiş “İJ” markalı ov silahını könüllü şəkildə müvafiq olaraq Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinə və adıçəkilən rayon polis şöbələrinə təhvil veriblər.

Anar

Gununsesi.info