Overçuk: “2020-ci il razılaşmaları əsasında İrəvanla Bakı arasında marşrutların açılması mümkündür”

  • By Günel
  • 14 Sentyabr 2024 16:07

“Ermənistan və Azərbaycan arasında kommunikasiyaların açılması 9 noyabr 2020-ci il tarixli razılaşmalar çərçivəsində mümkündür”.

Gununsesi.info Oxu.Az- a istinadən xəbərinə görə, bu sözləri Rusiya Baş nazirinin müavini Aleksey Overçuk brifinqdə çıxışı zamanı deyib.

“Bildirmək istəyirəm ki, kommunikasiyaların açılması üç dövlətin (Ermənistan, Azərbaycan və Rusiya – red.) liderlərinin əldə etdiyi və 9 noyabr 2020-ci il tarixli birgə bəyanatda əksini tapmış razılaşmalar çərçivəsində mümkündür. Bildiyiniz kimi, Rusiya həmişə bu prosesə qoşulmağa və kömək etməyə hazırdır”, – deyə o bildirib.

Gununsesi.info