“Övlad sahibi olmaq üçün nikah şərt deyil” –  Tatlıses

  • By admin
  • 04 İyun 2017 20:55

122312_axng3rho46
Müğənni İbrahim Tatlısesin oğlu İdo maraqlı açıqlama verib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, İdo gənc yaşlarında ata olmaq istədiyini bildirib:
“Gənc yaşda övladımın olmağını istəyirəm. Qız, oğlan fərqi yoxdur. Qız olsa, adını Dərya, oğlan olsa, İbrahim qoyacam”.
Tatlıses övlad sahibi olmaq üçün nikahın vacib şərt olmadığını söyləyib:
“Anamla atamın da nikahı olmayıb. Nikah şərt deyil. Bu məsələdə iki sevən insanın haqqını yemiş olaram deyə, çox danışmaq istəmirəm”.

Gununsesi.info