Övladını xilas etmək istəyən ananı maşın vurdu

  • By admin
  • 16 May 2022 10:37

Sumqayıtda övladını xilas etmək istəyən gənc qadını avtomobil vurub.

Gununsesi.info xəbər verir ki, hadisə Sülh prospektində baş verib.

Şahidlərin bildirdiyinə görə, qadın qəflətən avtomobil yoluna çıxan uşağını xilas edərkən, onu “BMW” markalı maşın vurub. Nəticədə baş nahiyəsindən xəsarət alan piyada xəstəxanaya çatdırılıb.

Zərərçəkmişin vəziyyətinin ağır olduğu bildirilir.

Gununsesi.info