Övladları PKK tərəfindən qaçırılan kürd analar Diyarbəkrdə HDP-yə qarşı - ÜSYANA QALXDILAR

  • By admin
  • 06 Sentyabr 2019 22:41

Terror təşkilatı PKK-nın HDP-nin köməyi ilə dağa qaçırdığı oğlunu HDP vilayət qərargahı qarşısında keçirdiyi 4 günlük aksiya nəticəsində terrorçulardan geri alan Hacirə Akar ilə başlayan etirazlar gündən-günə böyüyür.

Gununsesi.org  xəbər verir ki, uşaqlarının geri qayıtması üçün mübarizə aparan ailələrə yenisi əlavə olunub. Ana Aysel Koyun, oğlu Neşat Koyunun 4 il 7 ay 21 gün əvvəl qaçırdığını deyərək, HDP Diyarbəkir vilayət qərargahı binası qarşısında aksiyaya qoşulub.

HDP binası qarşısında aksiya keçirən ailələr hər gün artarkən, onlara verilən dəstək də getdikcə böyüməyə davam edir. Bölgədə yaşayan əhali ilə yanaşı xeyli sayda adam ailələrə yemək və içki gətirir.

Diyarbəkirdə HDP binası qarşısında başladılan aksiyaya dağa qaçırılan 17 yaşlı Yusif Beqdaşın atası Cəlil Beqdaş da iştirak edib. Əzabkeş ata HDP həmsədri Pərvin Buldanın uşaqlarına məxsus olduğunu iddia etdiyi fotoları qərargah binasına asaraq “Mənim oğlum dağda, onun oğlu Fransada” deyə etiraz edib.

HDP Diyarbəkir vilayət binası qarşısında xeyli sayda ailə və tərəfdarları toplaşıb. Məryəm Savur oğlu Fərat üçün, Sebiha Balta da oğlu Ərafat üçün aksiyaya başlayıb.

Gəzi hadisələrindən bu yana hər cür etiraz aksiyalarında meydanlara çıxan solçu qadın təşkilatlarının bəziləri HDP Diyarbəkir qərargahı qarşısında aksiya keçirən anaları görməməzliyə vurub. PKK-ya qarşı ən qəti mövqe nümayiş etdirən anaların sahibsiz qoyan bəzi təşkilatlar “Maraq sahəmiz olmadığı üçün görüş təşkil etmirik” deməklə kifayətlənib.

Xatırladaq ki, HDP-nin seçkilərdəki müttəfiqi CHP də kürd anaların PKK-ya qarşı keçirdiyi aksiyada HDP-ni müdafiə edir. İstanbul Böyükşəhər Bələdiyyəsinin CHP-li sədri Əkrəm İmamoğlu bir neçə gün öncə, terrora dəstək verdikləri üçün yerlərinə qəyyum təyin edilən HDP-li bələdiyyə sədrlərini ziyarət etmək üçün Diyarbəkrə getmişdi. İmamoğlu HDP-li bələdiyyə sədrləri ilə görüşərək onlara dəstəyini ifadə etsə də, Diyarbəkrdə HDP binası önündə aksiya keçirən anaları ziyarət etməmişdi.

 

Gununesi.org