Övladlarının şəkillərini paylaşan valideynlər cazalanacaq

Fransa valideynlərin övladlarının şəkillərini internetdə yerləşdirməsini məhdudlaşdırmaq istəyir.

Gununsesi.info “Yevropeyskaya Pravda”ya istinadən xəbər verir ki, Fransada Milli Assambleyanın Məhkəmə-Hüquq Komitəsinin üzvləri uşaqların öz şəkilləri üzərində hüquqlarını müdafiə edən qanun layihəsini yekdilliklə təsdiqləyiblər.

Qanun layihəsinin təşəbbüskarı olan deputat Bruno Studer müsahibəsində, “Valideynlərə mesaj ondan ibarətdir ki, uşaqlarının məxfiliyini qorumaq onların işidir”, – deyə bildirib.

Qanun layihəsinə verilən izahatda qeyd olunur ki, valideynlər tərəfindən uşaqların şəkillərinin internetdə yerləşdirilməsi uşaqların şəxsi həyatı üçün əsas risklərdən biridir.

İtkin düşən və İstismar Edilən Uşaqlar üçün Milli Mərkəzdən verilən məlumata görə, uşaqlarla cinsi əlaqədə olanlar tərəfindən paylaşılan fotoların yarısı ilkin olaraq valideynlər tərəfindən sosial mediada yerləşdirilib.

Qeyd olunur ki, valideynlər arasında fikir ayrılığı olduqda, hakim onlardan birinə digərinin icazəsi olmadan uşağın fotolarını yerləşdirməyi qadağan edə bilər.

Gununsesi.info