
Dövlət Statistikə Komitəsi xəbər verir ki, 2017-ci ildə Azərbaycanda övladlığa verilən uşaqğların sayı 877 nəfər olub. 2016-ci illə müayisədə 13.5 faiz artıdığın göstərir.
Lakin Gununsesi.info-nun kiçik araşdırmasından məlum olur ki, 2012-ci ildən bəri övladlığa götürülən uşaqların sayında azalma var.
Belə ki, 2012-ci ildə bu rəqəm 989 nəfər olubsa, 2016-ci ildə 773 nəfərə düşüb.
2017-ci ildə isə övladlığa götürülən oğlanların sayı 466 nəfər, qızların sayı isə 411 nəfər olub. Burada da 5 ilə öncəki dövrlə müqayisədə hər iki cinnsdən olan uşaqların övladlığa cəlbində azalma müşahidə olunur. Diqqət çəkən məqamlardan biri də odur ki, körpələr evindən uşaq götürüb övlad sahibi olmaq istəyənlər oğlan uşaqlarınadaha çox meyl ediblər.
Yaş qruplarına gəlincə, burada 1-5 yaş arası uşaqlar çoxluq təşkil edir. Buna baxmayaraq, kifayət qədər yuxarı yaşlı (11-17 yaş arası) uşaqlara da maraq az deyil.
2017-ci ildə isə 0-5 yaş arası 592 nəfər, 6-10 yaşlı arası 167 nəfər, 11-17 yaşlı uşaqlar arasında isə 118 uşaq övladlığa götürülüb. “Statkom”un hesabatlarını incələdikdə yaş qrupları arasında ən kəskin azalma 1-5 yaş arasında övladlığa götürülən uşaqlar arasında olub. 2012-ci ilə sözügedən yaş qrupunda 438 uşaqdan bəhs edilridisə, 2016-ci ildə bu rəqəm 344 nəfərə düşüb.
Vüsalə
Gununsesi.info