Oxçuçay fəlakəti Böyük Britaniya mediasında

  • By admin
  • 12 İyul 2021 11:21

Böyük Britaniyanın “Dawn” xəbər portalında Oxçuçay fəlakətinə həsr olunmuş məqalə dərc olunub.

Gununsesi.info xəbər verir ki, məqalədə Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonundan keçən və Araz çayına tökülən Oxçuçayın Ermənistanda fəaliyyət göstərən kombinat tərəfindən çirkləndirilməsindən danışılır. Qeyd edilir ki, Oxçuçay sənaye tullantıları ilə çirkləndirilib, suvarma üçün yararsız hala gətirilib və nəticədə çaydakı balıqlar məhv olmaq təhlükəsi ilə üzləşib.

Yazıda həmçinin kombinatın əsas səhmdarlarından birinin “CRONIMET” alman şirkəti olması barədə məlumat verilib.

Məqalədə çayda çirklənmə səviyyəsinin yüksək olduğu, onun məişət və kənd təsərrüfatı ehtiyacları üçün istifadəsinin son dərəcə mənfi təsirlərə səbəb ola biləcəyi bildirilir.