Oxu.az xəbər saytının 4 yaşı tamam olur

  • By admin
  • 01 İyul 2017 14:22

oxuaz

Bu gün Oxu.az xəbər saytının 4 yaşı tamam olur. 

Gununsesi.info məlumat verir ki, Oxu.az saytı 2013-cü ildən fəaliyyətə başlayıb. 

Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya müasir dizaynda tərtib olunan informasiya bloklarında fotoşəkil və videolarla təqdim olunmasıdır.

Oxu.az gün ərzində Azərbaycan, rus və ingilis dillərində ölkədə, o cümlədən dünyada baş verən ən aktual, maraqlı hadisələr barədə operativ xəbərlər, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və video hesabatlar hazırlayır.

4 yaşı tamam olması münasibətilə Oxu.az-ın kollektivini təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq.

Gununsesi.info