“OYAN”-nın əsasını Nahid Cəfərov qoymayıb - RƏSUL MÜRSƏLOV

  • By admin
  • 21 Aprel 2017 10:55

resul 

 Niderland Krallığında fəaliyyət göstərən Oyan Hərəkatı həmtəsisçisi və idarə heyyəti üzvü Rəsul Mürsəlov Gununsesi.info-ya müraciət edib. Onun müraciətinə səbəb saytımızızda Avropada yaşayan mühacirlər arasındakı narazılıqla bağlı sabiq dipolomat Arif Məmmədovun müsahibəsi olub.

Rəsul Mürsəlov yazır:

Gününsəsi.info saytında gedən (https://www.gununsesi.info/avropadaki-siyasi-muhacirl%C9%99r-bir-birin%C9%99-qarsi/ – .WPcQc-HIAUU.facebook) yazıya dair münasibətim.

“Sabiq diplomat Oyan Hərəkatının əsasını qoyub”. Bu cümlə başdan sona yanlışdır. Bu bəzi siyasi mətbuatın məqsədli şəkildə təxribatı olsa da, bu bizi narahat etmir. Lakin oxucular üçün bəzi məqamlara aydınlıq gətirməyi özümə borc bilirəm. Oyan hərəkatı ilk yarandığı gündən şəxsiyyətə pərəstişliyə qarşı olub və bu prinsipə də sadiq qalır. Hərəkatda başqanlıq, liderlik kimi anlayış yoxdur və bu nizamnamədə öz əksini tapıb. Hərəkat idarə heyyəti tərindən idarə edilir. Bu hərəkatın əsası 2016-cı ildə 6 nəfər tərəfindən qoyulub. O 6 nəfərdən biri də mənəm.

Yazıda “N.Cəfərovun ideya rəhbəri olduğu Oyan cəmiyyətinin…” ifadəsi var ki, bu da ciddi şəkildə yanlışdır. Nahid Cəfərov ilkin olaraq hərəkata “Düşün” adının verilməsini təklif edirdi. Müzakirələrdən sonra müəyyən hüquqi səbəblərdən onun təklifi qəbul edilmədi və hərəkata yeni ad “OYAN” adı verildi. Bilirəm bu demokratik abu-hava bəlkə də bəzilərini məyus edir. Lakin biz inanırıq ki, hərəkata üzv etmək istədiyimiz ağıllı insanlar yalnız bu ideyalara və demokratik ortama qoşulacaqlar.

 Gununsesi.info