“Barbie” və “Ken” oyuncaqlarına bənzəmək istəyən cütlük 200 min avrodan artıq pul xərcləyərək öz arzularına çatıblar.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, 20 yaşlı Anastasia Reskoss və 23 yaşlı Quentin Dehar cütlüyü “Barbie” və “Ken” olmaq üçün çox sayda estetik əməliyyat keçiriblər.
Fransadan İngiltərəyə gələn cütlük 2013-cü ildən bu günə qədər botoks, dodaq dolğusu, hətta bədən ölçülərinə görə 15 dəfə əməliyyata girib.
Bununla kifayətlənməyən gənclər öz adlarını da qanuni olaraq Barbi və Ken olaraq dəyişdiriblər.
Gununsesi.info çılğın cütlüyün fotoşəkillərini təqdim edir.
Gununsesi.info