
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, indiyə qədər 57-si böyük, 108-i kiçik olmaqla 165 əməliyyat keçirərək oyuncağa bənzəmək arzusunu reallaşdıran Rodriqo Alves indi də göz rəngini dəyişdirmək istəyir.
“Oyuncaq oğlan” əməliyyat üçün Hindistana yollanacaq. Lakin onun bu arzusu ürəyində qala bilər. Çünki olduqca riskli olan əməliyyat nəticəsində Alvesin görmə qabiliyyətini itirmə ehtimalı var.
Keçirdiyi əməliyyatlarla dəfələrlə gündəmə gələn Rodriqo Alves Hindistanda yerləşən bir tibb mərkəzinin cərrahı ilə razılığa gəlib. Əməliyyat zamanı onun gözü 3 santimetr dərinliyində kəsiləcək və rəngi dəyişdiriləcək. Alves öz açıqlamasında göz rəngini bəyənmədiyini və 14 yaşından mavi rəngli linzalardan istifadə etdiyini bildirib.
Onu da qeyd edək ki, əməliyyat çox riskli olduğundan İngiltərə həkimləri tərəfindən həyata keçirilmir.
Gununsesi.info