Dünya Kubokunu qazanan İspaniya Qadın Milli Komandasının futbolçusu Jenni Xermoso Futbol Federasiyasının başçısı Luis Rubialesin kubok zamanı onu dodağından öpməsinə icazə vermədiyini açıqlayıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, 81 oyunçu federasiya başçısı işindən çıxarılmayanadək milli komandada oynamayacaqlarını elan edib.
Rubiales isə öpüşmənin “qarşılıqlı” olduğunu iddia edərək gözləntilərin əskinə, istefa etməyəcəyini açıqlamışdı.
Rubiales onu “sosial cinayətə qurban etmək” istəyənlər olduğunu müdafiə edib.
Xatırladaq ki, İngiltərə və İspaniya arasındakı qarşılaşmadakı qələbə qeydetməsi zamanı Luis Rubiales oyunçu Jenni Xermosou dodağından öpmüş və onun bu addımı etirazlara səbəb olmuşdu.
Tərcümə: Arzu