Özəl helikopter qəzaya uğradı: - ölənlər var...

  • By Admin2
  • 02 Oktyabr 2024 09:31

Hindistanın Mumbay şəhərindən uçan şəxsi helikopter ölkənin qərbində Pune şəhəri yaxınlığında qəzaya uğrayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Hindistan Mülki Aviasiya Baş İdarəsi məlumat yayıb. “Heritage Aviation” şirkətinin Vt-EVV qeydiyyat nömrəsi olan “Agusta 109” helikopteri qəzaya uğrayıb. Hava gəmisində iki pilot və bir texnik olub. Sərnişinlər olmayıb”, – İdarədən bildirilib.

Helikopterdəkilərin hamısı həlak olub.

Hadisənin başvermə şəraiti araşdırılır. İlkin məlumata görə, qəzaya qatı duman səbəb olub.

 

Gununsesi.info