Özəl məktəblərdə şəhid övladlarına ödənişsiz təhsil imkanı yaradılacaq

  • By admin
  • 02 Aprel 2021 18:45

“YAŞAT” Fondu tərəfindən Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar şəhid olmuş şəxslərin övladlarının yüksək səviyyəli təhsil imkanlarından yararlanmasına dəstək göstəriləcək.

Fonddan Gununsesi.info bildirilib ki, dəstək proqramı çərçivəsində əməkdaşlıq yaradılmış özəl məktəblərdə şəhid övladlarına ödənişsiz təhsil imkanı yaradılacaq.

HTML tutorial

Müraciət edənlər arasında seçim müvafiq məktəb tərəfindən təşkil edilən imtahan əsasında aparılacaq.

“YAŞAT” Fondu ilə əməkdaşlıq çərçivəsində ilkin olaraq “XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi”ndə 10 şəhid övladı üçün 100 faiz nisbətində güzəşt tətbiq edilir.

Müraciətlər 8110 Çağrı mərkəzi vasitəsilə bazar ertəsi – cümə günləri saat 09:00-dan 18:00-dək qəbul edilir.

Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 10 nəfər yaralanan şəxsin övladı üçün təhsil mərkəzi tərəfindən 50 faiz güzəşt tətbiq ediləcək. Vəsaitin qalan hissəsi isə şəxsin özü tərəfindən qarşılanacaq.

Son müraciət tarixi 30 aprel 2021-ci ildir.

 

Gununsesi.info