
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Gununsesi.info-nun Lent.az-a istinadən məlumatına görə, Binəqədi rayonu ərazisində “İsuzu” markalı avtomobil 55 yaşlı qadını vurub. Ağır xəsarət alan piyadanın həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, qəzanı törədən avtomobil özəl şirkətlərdən birinə məxsusdur.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Gununsesi.info