Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Fevral 2018
BE ÇA Ç CA C Ş B
« Yan    
 1234
567891011
12131415161718
19202122232425
262728  

XƏBƏR LENTİ

25 Fevral 2018
24 Fevral 2018

17 Avqust 2016 - 16:52

Səhiyyə Nazirliyindən XƏBƏRDARLIQ- Özəl tibb müəssisələrinin doğuş xidməti göstərməsinə icazə yoxdur

sehiyye nazirliyi

 

“Azərbaycanda yalnız bir neçə özəl tibb müəssisəsinin antenatal qulluq göstərmək hüququ var”.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, Respublika Perinatal Mərkəzin (RPM) direktoru Sevinc Məmmədova deyib.

Onun sözlərinə görə, bu özəl tibb müəssisələrinin özlərinin doğuşayardım stasionar xidməti olduğundan onlar hamilə qadını lazım olduqda hospitalizasiya edib, yardım göstərə bilirlər: “Lakin çox təəssüf ki, əksər özəl tibb müəssisələri bu xidməti göstərməyə lisenziyası olmadığını gizlədir və hamilənin durumu ağırlaşdıqda özəl müəssisələrin həkimləri onlara dövlət xəstəxanalarına müraciət etməyi tövsiyə edirlər”.
S. Məmmədova qeyd edib ki, Səhiyyə Nazirliyinin 21 nömrəli əmrinə uyğun olaraq özəl tibb müəssisələri ilə ərazi qadın məsləhətxanaları arasında əlaqəli iş qurulmalıdır: “Bu işlərin yerinə yetirilməsinə nəzarət Səhiyyə Nazirliyinin müəyyən rəsmi qurumlarına həvalə edilib”.

 

Gununsesi.info