
“Özəl universitetlərdə təhsil alan tələbələrin dövlət ali təhsil müəssisələrinə köçürülməsində heç bir məhdudiyyət yoxdur”.
Gununsesi.info xəbər verir ki, bunu jurnalistlərə təhsil nazirinin Aparat rəhbərinin müavini Yaqub Piriyev deyib.
Nazirlik rəsmisi bildirib ki, özəl universitetdən dövlət universitetlərinə köçürülmə zamanı sadəcə tələbənin qəbul imtahanında topladığı balla bağlı məhdudiyyəti ola bilər: “Yəni tələbənin qəbul zamanı yığdığı bal köçürüldüyü ali təhsil müəssisəsində seçdiyi ixtisasın keçid balından yüksək olmalıdır”.
Gununsesi.info