Özəlləşdirilmiş dövlət əmlakı təyinatı üzrə istifadə edilmir

  • By admin
  • 05 Aprel 2022 17:50

“Bəzi şəhərlərə, o cümlədən Gəncəyə investisiya qoymaq istəyən sahibkarlar ərazi tapa bilmirlər”.

Gununsesi.info xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən deputat Naqif Həmzəyev deyib.

 

Deputat “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı özəlləşdirmə məsələlərində problemlərin olduğunu vurğulayıb:

 

“Bəzi fabrik, zavod və digər müəssisələr özəlləşdirilsə də, hazırda təyinatı üzrə fəaliyyət göstərmir. Bu kimi məsələlər araşdırılmalı, dəyişiklik edilməlidir. Özəlləşdirilmiş dövlət əmlakı təyinatı üzrə istifadə edilməlidir. Təəssüflər olsun ki, çox vaxt buna əməl olunmur. Bəzən isə həmin ərazilərdə bina tikirlər. Belə halların qarşısı alınmalıdır”.

Gununsesi.info