“Öz ərazimizdə nə lazımdırsa, onu da edəcəyik” - LAVROV

  • By admin
  • 15 Fevral 2022 16:15

“Biz öz ərazimizdə özümüzə nə lazımdırsa, öz təhlükəsizliyimiz üçün nəyi vacib hesab ediriksə, onu da edəcəyik”.

Gununsesi.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in sədri Zbiqnev Rau ilə görüşdən sonra mətbuata açıqlamasında söyləyib.

“Biz Qərbdən olan həmkarlarımızın ATƏT-in təhlükəsizlik və bölünməzlik üzrə prinsiplərini guya bizdən yaxşı bilirlər deyə bunu bizə başa salmasını qəbul etmirik. Bu lovğalığa, rusofobiyaya son qoymaq lazımdır”, – nazir vurğulayıb.

 

 

Gununsesi.info