Öz pulunu mənimsəməkdə ittiham olunan iş adamına 9 il cəza istənildi

  • By admin
  • 18 Yanvar 2022 22:25

 

Bakı Ağır Cinayətlər Məhkəməsində “İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

HTML tutorial

Gununsesi.info  xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında təqsirləndirilən şəxsə verilmiş ittihamların məhkəmə istintaqı zamanı sübuta yetirildiyini qeyd edərək İlqar İsmayılovun 8 il azadlıqdan məhrum edilməsini tələb edib. Dövlət ittihamçısı bildirib ki, İ. İsmayılov 3 il dövlət orqanlarında vəzifə tuta bilməz. Həmçinin onun üzərinə həbs qoyulmuş əmlakı da müsadirə edilməlidir.

Vəkillər müdafiə çıxışı üçün vaxt istəyiblər.

Qeyd edək ki, İ.İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.

Ona Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.