Əməkdar artist Mətanət İsgəndərli keçmiş gəlini Canana ilə aralarındakı münasibətdən danışıb.
Gununsesi.info xəbər verir ki, “Günaydın, Azərbaycan” verilişinə qonaq olan müğənni nəvələrinin onunla yaşadığını deyib.
O, bildirib ki, Canana 3 övladını onlara verib: “Onu uşaqlarından ayıran olmayıb. Özü gətirib. Öz xoşu ilə verib bizə. İstədiyi vaxt gəlir aparır və gətirir. Haqqı, hüququdur. Nə vaxt istəsə, gəlib uşaqları apara bilər. Amma aparmır”.
Qeyd edək ki, Canana və M.İsgəndərlinin oğlu Kərim qalmaqallı şəkildə ayrılıblar. Üç uşağın qəyumluğu anaya verilsə də, onlar M.İsgəndərli ilə qalır.
Şəbnəm
Gununsesi.info