ABŞ və Özbəkistan ticarət müqaviləsi imzalayıb.
Gununsesi.info xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
Onun sözlərinə görə, saziş çərçivəsində ABŞ-a yüz milyard dollardan çox sərmayə qoyulacaq:
“ABŞ-la Özbəkistan arasında inanılmaz ticarət və iqtisadi sazişin imzalandığını elan etməkdən məmnunam. Sazişə əsasən, Özbəkistan növbəti üç il ərzində ABŞ-a 35 milyard dollar, növbəti 10 il ərzində isə 100 milyard dollardan çox investisiya yatıracaq. Vəsaitlər Amerikanın əsas sektorlarına, o cümlədən vacib minerallar, aviasiya, avtomobil hissələri istehsalı, infrastruktur, kənd təsərrüfatı, enerji və kimya, informasiya texnologiyaları və digər sahələrə yönəldiləcək”.
Qeyd edək ki, Tramp Ağ Evdə Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan prezidentləri ilə görüşüb.













