Özbəkistan Müstəqil Dövlətlər Birliyinə sədrlik edəcək

  • By admin
  • 02 Yanvar 2020 12:59

Yanvarın 1-dən Müstəqil Dövlətlər Birliyinə (MDB) sədrlik bir il müddətinə Özbəkistana keçib.

Gununsesi.org Trend-ə istinadən xəbər verir ki, bu haqda qərar MDB Dövlət Başçıları Şurasının ötən il oktyabrın 11-də Aşqabadda keçirilən iclasında qəbul edilib.

Özbəkistan eyni vaxtda həm də MDB Hökumət Başçıları Şurasına, Xarici İşlər Nazirləri Şurasına və İqtisadi Şuraya sədrlik edəcək.

Özbəkistanın MDB-yə sədrliyi dövründə bir il ərzində təxminən 70 tədbirin keçiriləcəyi, həmçinin 10-dan artıq sənədin qəbul ediləcəyi gözlənilir.

Gununsesi.org