

Özbəkistan prezidenti Şövkət Mirzəyevin Moskvaya rəsmi səfərinin vaxtı bəlli olub.
Gununsesi.info “fergananews”-a istinadən xəbər verir ki, Özbəkistanın yeni prezidenti Şövkət Mirzəyev ilk xarici səfərini məhz Rusiyaya edəcək və bu səfər aprelin 4-5-də reallaşacaq. Ş.Mirzəyevin Moskvaya ilk səfəri dövlət səfəri səviyyəsində həyata keçiriləcək. Putinlə Ş.Mirzəyaev arasında görüş isə aprelin 5-də baş tutacaq.
Səfərdə əsas məqsəd iki ölkə arasında əlaqələrin normallaşdırılmasıdır.
Onun da qeyd edək ki, fevralın 15-də Daşkənddə Özbəkistan-Rusiya arasında Hökumətlərarası Birgə Komissiyanın 18-ci iclası keçirilib. Birgə Komissiyanın iclasında Özbəkistan prezidentinin Moskvaya səfəri zamanı imzalanacaq sənədlər və müzakirəyə çıxarılacaq məsələlər ətrafına müzakirələr aparılıb.
Gununsesi.info