Özbəkistan təyyarəsi Moskvada təcili eniş etdi

  • By Admin2
  • 15 Yanvar 2025 17:07

Buxara-Moskva reysini həyata keçirən Özbəkistan Hava Yollarına məxsus təyyarə Moskvada təcili eniş edib.

Gununsesi.info xəbər verir ki, bu barədə aviaşirkətin nümayəndəsi məlumat verib.

Məlumata görə, eniş zamanı təyyarənin mühərriklərindən birində nasazlıq yaranıb və sıradan çıxıb. Ekipaj lazımi tədbirləri tamamlayıb və “A-320” təyyarəsi bir mühərriklə uğurlu şəkildə “Vnukovo” hava limanına enib.

Təyyarənin göyərtəsində 132 sərnişin olub.

Gununsesi.info