Özbəkistanda 100 yaşını keçən 461 təqaüdçü var

Özbəkistanda 1 dekabr tarixinə 100 yaşına çatmış və ya onu keçmiş 461 təqaüdçü qeydə alınıb.

Gununsesi.info Özbəkistan mediasına istinadən xəbər verir ki, onların təxminən dörddə üçü qadınlardır — 330 qadın, 131 kişi.

Yüzilliklər əsasən ölkənin cənub bölgələrində yaşayır.

Ən çox uzunömürlü Qaşqadərya (73 nəfər) və Surxandərya (69 nəfər) vilayətlərindədir. Daşkənd vilayətində 41, ən az isə Namanqan vilayətində — 11 yüzillik var.

 

 

Gununsesi.info