Özbəkistanda Atom Enerjisi Agentliyi yaradılacaq

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin fərmanı ilə Atom Enerjisi Agentliyi yaradılır.

 

Gununsesi.info-nun məlumatına görə, Nüvə Energetikasının İnkişafı Agentliyinin bazasında yeni yaradılan struktur Energetika Nazirliyindən alınaraq Nazirlər Kabinetinin yurisdiksiyasına veriləcək.

 

Agentlik nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində dövlət siyasətinə rəhbərlik edəcək.

Gununsesi.info