
Daşkənd hava limanı yaxınlığında güclü partlayış olub.
Gununsesi.info xəbər verir ki, partlayış gömrük anbarlarının yerləşdiyi hissədə baş verib. Ətrafdakı bəzi binaların şüşələri sınıb, böyük ziyan dəyib.
Ölən və ya yaralananların olub-olmaması ilə bağlı hələlik heç bir açıqlama verilməyib.
Hadisə yerindən çəkilmiş görüntülərdə alov və tüstünün səmaya qalxdığı görünür.
Səid Əhmədli
Gununsesi.info