Özbəkistanda hakimiyyət uğrunda “müharibə” başlandı

  • By admin
  • 30 Avqust 2016 12:51
rustam
Özbəkistanda hakimiyyət uğrunda “müharibə” başlayıb. İslam Kərimovun səhhətinin ağır olmasından istifadə edən hakimiyyətdaxili qruplar bir-birini sıradan çıxarmaq uğrunda mübarizəyə girişiblər. Bu məqsədlə hakimiyətdaxili qruplar bir-birini sradan çıxarmaq üçün qara piardan istifadə edib, cəmiyyətdə onlar haqqında mənfi rəy formalaşdırmağa çalışırlar. Bir-biri haqqında cəmiyyətə  kompomat informasiyalar ötürməklə, informasiya  müharibəsini də başlayıblar. Artıq  “döyüş” başlanıb və ilk hədəf də  bəlli olub. Bu, baş nazirin birinci müavini, maliyyə naziri Rüstəm Əzimovdur. Bir az öncə mətbuat Rüstəm Əzimovun  həbs olunması və onun ev dustağı elan edilməsi barədə informasiyalar  yayıb. Hansı ki, ekspertlər R. Əzimovu İslam Kərimov olmayacağı təqdirdə,real prezidentliyə namizədlərdən biri hesab edirlər.
Gununsesi.info “RİA-Novosti”-yə istinadən xəbər verir ki, Özbəkistan Maliyyə Nazirliyi isə yayılan məlumatları dezinformasiya hesab edərək, nazir Rüstəm Əzimovun iş başında olduğu bildirilib. Maliyyə Nazirliyindən yayılan  məlumatın yalan olduğunu və həqiqəti əks etdirmədiyi bildirilib. Nazirlikdən bildirilib ki, nazir iş yerindədir və vəzifəsini icra edir.
Qeyd edək ki, R.Əzimov 2000-ci ildən  Baş nazirin birinci müavini vəzifəsini tutur və o, hökumətin makroiqtisadi inkişafı, strurktur islahatları, xarici sərmayələrin ölkəyə cəlb edilməsinə və ümumilikdə ölkənin kompleks inkişafına məsul olan şəxsdir. 2005-ci ildən isə Maliyyə Nazirliyinə rəhbərlik edir.
Özbəkistan prezidenti İslam Kərimov avqustun 28-də insult keçirərək xəstəxanaya yerləşdirilib.
Gununsesi.info