
Özbəkistanda mərkəzi istilik və isti su təchizatı xidmətlərinin yeni tarifləri təsdiq edilib.
Gununsesi.info Özbəkistan mediasına istinadən xəbər verir ki, 2024-cü il sentyabrın 12-də qəbul edilən qərara əsasən, bu xidmətlərin qiymətləri həm əhali, həm də hüquqi şəxslər üçün artacaq.
Əhali üçün yeni pərakəndə satış tarifi 1 Qkal üçün 121 617 sum (hazırda 1 Qkal üçün 105 754 sum) təşkil edəcək.
Öz növbəsində, hüquqi şəxslər üçün tarif 1 Qkal üçün 244 497 sum (hazırda 1 Qkal üçün 212 606 sum) qədər artacaq.
Yeni tariflərin qüvvəyə minmə tarixi hələ dəqiqləşdirilməyib.