Özbəkistanda müəllimləri fəhləliyə məcbur edən direktor cərimələndi

  • By ilhame
  • 15 Avqust 2024 20:35

Özbəkistanın Namanqan rayonunun Pap şəhərində yerləşən 43 saylı məktəbin direktoru müəllimləri təhsil müəssisəsinin ərazisində təmizlik və tikinti işləri ilə məşğul olmağa məcbur edib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə “Kun.uz” məlumat yayıb.

Qeyd olunub ki, məktəb direktoru M.Marəsulova vəzifəsindən kənar işlə məşğul olmaq istəməyən müəllimlərdən 500 min som tələb edib, həmçinin valideynlərdən də təhsil müəssisəsində görülən işlərlə bağlı pul istəyib.

 

Məktəb müdirinə ölkənin qanunvericiliyinə uyğun olaraq 17 milyon som (təxminən 2300 AZN) məbləğində cərimə kəsilib.

Gununsesi.info