
Özbəkistanın Qaraqalpaqıstan Muxtar Vilayətində binada yaşanan təbii qaz partlaması zamanı 5 nəfər dünyasını dəyişib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Özbəkistanın Fövqəladə Hallar Nazirliyi tərəfindən edilən açıqlamada olayın 4 mərtəbəli binanın sonuncu mərtəbəsində yaşandığı açıqlanıb.
Hadisə zamanı binada olan bütün evlərə zərər dəyib.
Hadisə yerinə tibb işçiləri və xilasetmə qüvvələri gəlib. 2 nəfərin yaralandığı bildirilir.
Tərcümə: Arzu Sayadoğlu